Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən Abdulla İbrahimli və İbrahim Əsədli həbs edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurlar.