EN

Qapıları açıb musiqiyə səs verən “Tofaş” sürücüsü təhlükə yaratdı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avtomobilin ön qapılarını açıb musiqiyə yüksək səs verərək yolda hərəkət edən sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Sakarya bölgəsində baş verən hadisənin kadrları həvəskar kamera tərəfindən qeydə alınıb. Belə ki, Adapazarı rayonu, Çevreyolu küçəsində 54 AR 698 nömrə nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü ön sol və sağ qapıları açaraq yüksək səslə musiqiyə qulaq asıb və küçə boyu hərəkət edib. Digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan sürücü bu cür hərəkətlərinə bir müddət davam edib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
92
avtosfer.az

1Sources