EN

Yunanıstanda 2026 Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Yunanıstanda 2026 Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Hava şəraiti ilə əlaqədar mərasimin yeri dəyişdirilib, məşəl estafeti başlayıb.

Yunanıstanda 2026-cı il Qış Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasimi baş tutub. Əlverişsiz hava şəraiti səbəbindən təşkilatçılar mərasimi ənənəvi antik stadiondan qonşuluqdakı arxeologiya muzeyinə keçirmək məcburiyyətində qalıblar.

Məlumata görə, olimpiya məşəli 10 min qaçışçının iştirakı ilə Yunanıstandan İtaliyaya aparılacaq. İştirakçılar 63 gün ərzində ümumilikdə 12 min kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, növbəti Qış Olimpiya Oyunları İtaliyanın Milan və Kortina-d’Ampetso şəhərlərində keçiriləcək.

 

Chosen
120
11
interpress.az

10Sources