EN

Zelenski: “Sülh naminə təzyiq Ukraynaya yox, Rusiyaya göstərilməlidir”

Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətə çağırış edərək bildirib ki, sülhün əldə olunması üçün təzyiqin ünvanı Ukrayna deyil, məhz Rusija olmalıdır.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya dünya ölkələrində yanlış təsəvvür formalaşdırmağa çalışır və guya Ukraynanın özünü müdafiə edə bilmədiyini iddia edir.

“Ruslar dünyanın hər yerində yayırlar ki, guya Ukrayna müdafiə oluna bilmir, guya bizim döyüşçülər özlərini qoruya bilmirlər. Lakin Ukrayna ordusunun hər gün göstərdiyi nəticələr, xüsusi xidmət orqanlarımızın uğurlu əməliyyatları, həmçinin dəqiq zərbələrimiz – bütün bunlar Ukraynanın öz maraqlarını müdafiə etmək gücündə olduğunu açıq şəkildə sübut edir”, – Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, ölkəsi təkcə öz torpaqlarını deyil, həm də Avropanın təhlükəsizliyini qoruyur. Onun sözlərinə görə, Rusiyanın təcavüzkar siyasəti davam etdikcə, təzyiq və sanksiyalar daha da gücləndirilməlidir.

“Əgər dünya sülh istəyirsə, onda təzyiq Ukraynanın müdafiəsinə deyil, Rusiyanın təcavüzünün dayandırılmasına yönəlməlidir. Biz sülhün tərəfdarıyıq, amma bu sülh Rusiyanın diktəsi ilə deyil, beynəlxalq hüququn tələbləri ilə təmin olunmalıdır”, – prezident vurğulayıb.

Zelenski həmçinin bildirib ki, Ukrayna ordusunun döyüş qabiliyyəti və xalqın birliyi ölkənin gələcək qələbəsinə inamı gücləndirir.

Chosen
56
nocomment.az

1Sources