EN

Aİ: “Ukraynanın bölünməsi yolverilməzdir”

Musavat.com xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın ərazi bütövlüyü ilə bağlı qəti mövqe nümayiş etdirib. O bildirib ki, Avropa ABŞ-ın müharibəni dayandırmaq təşəbbüslərinə təsir göstərmək üçün bütün imkanlardan istifadə edir.

Fon der Lyayen vurğulayıb:

“Əgər biz bu gün sərhədlərin pozulmasını legitimləşdirib rəsmiləşdirsək, sabah yeni müharibələrin qarşısını ala bilmərik. Biz buna yol verə bilmərik”. 

Aİ rəsmisinin sözlərinə görə, Ukraynanın istənilən şəkildə bölünməsi həm Avropa təhlükəsizliyi, həm də beynəlxalq hüquq baxımından qəbuledilməzdir. 

 

Musavat.com

Chosen
68
29
musavat.com

10Sources