EN

Rusiyanın Ukraynaya gedəcəyi əsas güzəşt – Donald Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp mətbuata verdiyi açıqlamada bildirib ki, Rusiyanın Ukrayna ilə sülh müqaviləsi kontekstində edəcəyi əsas güzəşt sadəcə döyüşü dayandırmaq olacaq: “Onların əsas güzəşti döyüşü dayandırmaq və daha çox torpaq ələ keçirməməkdir”, – deyə Tramp bildirib.

Ukraynanın sülh razılaşması üçün hansı ərazi güzəştlərinə gedə biləcəyi barədə əlavə suala Tramp belə cavab verib: “İndi vəziyyətə baxsanız, hər şey bir istiqamətdə irəliləyir. Beləliklə, indi Ukraynaya məxsus torpaqlar bir neçə ay ərzində Rusiyanın əlində ola bilər.

Deməli, döyüşüb daha 50.000 və ya 60.000 insanı itirmək istəyirsiniz? Yoxsa indi nəsə etmək istəyirsiniz? Bəzi hallarda torpaq əks istiqamətdə irəliləyir. Onlar danışıqlar aparırlar; onlar bunu bitirmək istəyirlər.”

//Samir Qurbanov, Editor.az

Chosen
26
editor.az

1Sources