EN

Perunun keçmiş prezidenti 14 il müddətinə azadlıqdan məhrum edildi

Peru məhkəməsi ölkənin keçmiş prezidenti Martin Viskarranı korrupsiya işi üzrə 14 il müddətinə azadlıqdan məhrum edib.

Moderator.az bu barədə RPP radiostansiyasına istinadən xəbər verir.

İstintaqın məlumatına görə, Viskarra 2011-2014-cü illərdə Mokequra departamentinin başçısı olarkən müxtəlif layihələrin reallaşdırılması üçün tenderlərdə iştirak edən şirkətlərdən rüşvət alıb. Siyasətçi bütün ittihamları rədd edir.

Qeyd edək ki, o, 2018-2020-ci illərdə Peruya rəhbərlik edib.

Chosen
89
1
moderator.az

10Sources