AZ

Keçmiş prezident 14 il həbs cəzasına məhkum edildi

Peru məhkəməsi ölkənin keçmiş prezidenti Martin Viskarranı korrupsiya işi üzrə 14 il həbs cəzasına məhkum edib.

"Yeni Sabah" xəbər verir ki, iclas RPP radiostansiyası tərəfindən yayımlanıb.

Viskarra bir maddə üzrə səkkiz, digər maddə üzrə isə altı il həbs cəzası alıb.

"Bütün cinayətlərə görə ümumi cəza 14 ildir. Cəza qüvvədə olmalı və dərhal icra edilməlidir", - hakim bildirib.

İstintaqın versiyasına görə, Viskarra Mokequa departamentinin qubernatoru olarkən (2011-2014) müxtəlif layihələr üzrə tenderlərdə iştirak edən şirkətlərdən rüşvət alıb. Siyasətçi təqsirini inkar edir./Axar.az


Telegram kanalımız
Seçilən
74
8
yenisabah.az

10Mənbələr