EN

Milli Qəhrəman Salatın Əsgərovanın şəhid olduğu yerə lövhə vuruldu - Foto

Milli Qəhrəman Salatın Əsgərovanın şəhid olduğu yerə məlumat xarakterli lövhə vurulub.

"Yeni Sabah" xəbər verir ki, lövhə "Qurtuluş" Reablitasiya Mərkəzi tərəfindən hazırlanıb və əraziyə yerləşdirilib. 

Məlumatda qeyd olunub: 

"Azərbaycan Milli Qəhrəmanı Salatın Əsgərova 1991-ci ilin yanvarın 9-da erməni caniləri tərəfindən burada qətlə yetirilmişdir".

Lövhənin əraziyə yerləşdirilməsi prosesində mərhumun oğlu, jurnalist Ceyhun Əsgərov və reablitasiya mərkəzinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, bir müddətdir  mərkəzdə reablitasiya görən aparıcı Nəsimi Nəbizadə də onlarla birlikdə olub.

Aydan Hacı


Telegram kanalımız
Chosen
45
1
yenisabah.az

2Sources