EN

Ağ Ev yaxınlığında atəş səsləri: Şübhəli saxlanıldı, Vaşinqtonda fövqəladə gərginlik

Musavat.com xəbər verir ki, Vaşinqtonda Ağ Evdən təxminən 1,5 kilometr aralıda baş verən silahlı insidentlə bağlı şübhəli şəxs saxlanılıb.

Hadisə barədə məlumatı Fox News yayıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri amerikalıları “yaralı hərbçilərin sağ qalması üçün dua etməyə” çağırıb. Yaralıların vəziyyəti ilə bağlı rəsmi açıqlama hələlik verilmir.

Mənbələrin sözlərinə görə, istintaq orqanları insidentin motivlərini müəyyənləşdirməyə çalışır. Rəsmi qurumlar proses barədə son dərəcə ehtiyatlı məlumat yayır.

Hadisə baş verən ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Vaşinqton polisi və federal xidmətlər genişmiqyaslı araşdırmanı davam etdirirlər. 

 

Musavat.com

9661d90c-0586-4b77-b5b9-afaefbb64803

Chosen
108
1
musavat.com

10Sources