EN

“Binanın çöküb, insanların xəsarət aldığı Goranboyda, 6 ayda 1 milyon manatlıq satınalmalar gerçəkləşibmiş – ŞOK SİYAHI

Xəbər verildiyi kimi, Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 5 mərtəbəli, 60 mənzilli yaşayış binasının birinci mərtəbəsində döşəmənin çöküntüsü baş verib. İlkin məlumata görə, ölən olmasa da, bir neçə sakin xəsarət alıb və Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu hadisə Goranboyda illərdir davam edən “abadlıq və təmir” tenderlərinin nə dərəcədə keyfiyyətli icra olunduğu barədə ciddi suallar yaradır.

NOCOMMENT.az xəbər verir ki, 32gun.az Məhərrəm Quliyevin  başçı olduğu  Goranboy Rayon İcra Hakimiyyətinin və tabeliyindəki qurumların son dövrlərdə bağladığı satınalma müqavilələrini araşdırıb.   Aparılan araşdırmaya əsasən, təkcə son dövrlərdə Goranboy şəhər inzibati ərazisi üzrə bağlanan tenderlərin ümumi dəyəri təxminən 961 min manatdır. Bu tenderlərin böyük hissəsi məhz yaşayış binalarının əsaslı təmiri və abadlaşdırılması adı ilə bağlanıb.

Aşağıdakı 6 tender birbaşa yolların, binaların təmirinə və şəhərin abadlaşdırılmasına aiddir:

Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

  • Şirkət: Star Təmir Construction MMC
    İş: Goranboy şəhərində abadlıq işləri
    Məbləğ: 294.792,16 AZN
  • Şirkət: Star Təmir Construction MMC
    İş: S.Vurğun küçəsi 15 və 17 ünvanlarında çoxmənzilli binaların əsaslı təmiri
    Məbləğ: 155.780,95 AZN
  • Şirkət: Star Təmir Construction MMC
    İş: Goranboy şəhərində yolların əsaslı təmiri
    Məbləğ: 485.332,97 AZN
  • Şirkət: Huseynli Partners Architecture and Construction MMC
    İş: Abadlıq işləri üçün layihə-smeta sənədlərinin hazırlanması
    Məbləğ: 6.489 AZN
  • Şirkət: Kon-Lay Project MMC
    İş: Yaşayış binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması
    Məbləğ: 6.950 AZN
    Başlama tarixi: 29.05.2025

Goranboy Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi

  • Şirkət/fiziki şəxs: Rahib Tahir oğlu Siracov
    İş: Yaşıllıq sahəsi üzrə təsərrüfat mallarının alınması
    Məbləğ: 1.496 AZN
  • Şirkət: Real-3 müəssisəsi
    İş: Çoxmərtəbəli binalarda lift təsərrüfatına texniki qulluq və cari təmir
    Məbləğ: 9.882,5 AZN

 Bu qədər təmir və abadlıq tenderinin verildiyi bir rayonda, üstəlik müntəzəm olaraq “əsaslı təmir” adı altında iri məbləğli müqavilələrin bağlandığı bir şəhərdə çoxmərtəbəli binanın döşəməsinin çökməsi sual doğurur:

Bəs bu pullar hara xərclənib?  Təmirlər hansı keyfiyyətlə aparılıb? Layihə-smeta sənədləri kağız üzərindəmi qalıb? Abadlaşdırılan şəhərdə niyə insanlar uçqunun altında qalır?

Goranboyda milyonlarla manatlıq abadlıq işlərinin aparıldığı, amma nəticə – döşəməsi çökən bina, xəsarət alan sakinlər, qorxu içində yaşayan ailələrdir.

Həmçinin ən böyük məbləğlərin təkrar-təkrar eyni şirkətə verilməsi də diqqət çəkir:

Bu şirkət təkcə üç tender üzrə: 935.904 AZN alıb. Yəni, bütün satınalmaların təxminən 97%-i bir şirkətin payına düşür. Bu isə rəqabətin olmamasıtək-tenderçi sxemi, həm də keyfiyyət sualları deməkdir.

Uçqun yaşanan binanın hansı qurumun balansında olduğu araşdırılır. Amma məlumdur ki:

“Kon-Lay Project” MMC – 29.05.2025 tarixindən etibarən yaşayış binasının əsaslı təmiri üçün layihə-smeta sənədləri ilə bu il tenderlərə start verib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 

Chosen
49
nocomment.az

1Sources