EN

Ukraynanın parçalanması... Leyen xəbərdarlıq etdi.

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentinin Strasburqdakı plenar iclasında Ukraynanın parçalanmasına yol verilməsinin qəbuledilməz olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Əgər biz bu gün sərhədlərin pozulmasını qanuniləşdirsək və rəsmiləşdirsək, sabah yeni müharibələrin qapısını açacağıq; buna imkan verə bilmərik”, – deyə O qeyd edib.

Fon der Leyen vurğulayıb ki, suveren dövlətin birtərəfli qaydada bölünməsi qeyri-mümkündür və sərhədlərin zorla dəyişdirilməsi beynəlxalq hüquqa ziddir.

Həmçinin, Avropa Komissiyasının rəhbəri Rusiyanın Ukrayna münaqişəsinin həllinə real iradə göstərmədiyini bildirib.

Tahir Turan

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
globalinfo.az

1Sources