EN

 ABŞ Cənubi Afrika Respublikasını gələn il G20 Sammitinə dəvət etməyəcək

Vaşinqton, 27 noyabr, AZƏRTAC

ABŞ Cənubi Afrika Respublikasını gələn il Floridada keçiriləcək G20 Sammitinə dəvət etməyəcək. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O, ölkəsinin bu il CAR-da keçirilmiş G20 Sammitində iştirak etmədiyini deyib. Onun sözlərinə görə, daha sonra bu ölkə sammitin bağlanış mərasimində Prezidentliyi ABŞ səfirliyinin nümayəndəsinə verməkdən imtina edib.

“Buna görə də, mənim göstərişimlə Cənubi Afrika gələn il Florida ştatının Mayami şəhərində keçiriləcək G20 Sammitinə dəvət almayacaq. Cənubi Afrika dünyaya heç bir yerdə üzvlüyə layiq ölkə olmadığını nümayiş etdirdi və biz onlara edilən bütün ödənişləri və subsidiyaları dərhal dayandıracağıq”,- deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Chosen
64
3
azertag.az

6Sources