EN

Perunun keçmiş prezidenti 14 il həbs cəzası aldı

Musavat.com xəbər verir ki, Peru məhkəməsi ölkənin sabiq prezidenti Martin Viskarranı korrupsiya işi üzrə 14 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə iclası RPP radiostansiyası tərəfindən canlı yayımlanıb.

Hakimin açıqlamasına görə, Viskarra korrupsiya ilə bağlı iki ayrı maddə üzrə mühakimə olunub:

birinci maddə üzrə 8 il,

ikinci maddə üzrə 6 il həbs cəzası alıb.

“Hər iki cinayət üzrə ümumi cəza 14 ildir. Cəza dərhal qüvvəyə minir və icra olunmalıdır”, – hakim iclasda bildirib.

Qeyd edək ki, Viskarra prezident postunu 2018–2020-ci illərdə icra edib. Məhkəmənin qərarı ölkədə geniş siyasi rezonansa səbəb olub. 

 

Musavat.com

Chosen
57
8
musavat.com

10Sources