Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Fransız impressionist rəssam Pyer-Ogüst Renuarın indiyədək sərgilənməmiş və satışa çıxarılmamış əsərlərindən biri Parisdə keçirilən hərracda 1,8 milyon avroya alınıb.
“Qafqazinfo” xəbər verir ki, “Uşaq və oyuncaqları – Qabriella və rəssamın oğlu Jan” adlı tablo Renuarın dostu və tələbəsi Janna Bodoya məxsus olub və onun varisləri tərəfindən satışa təqdim edilib.
Təxminən 1890-1895-ci illərdə çəkilmiş əsərdə rəssamın ikinci oğlu Jan və onun xaç anası Qabriella təsvir olunur.
Sənət tarixçiləri tablonun bərpasız şəkildə mükəmməl qorunduğunu bildiriblər. Əsər 1-1,5 milyon avro dəyərində qiymətləndirilsə də, beynəlxalq kolleksioner tərəfindən daha yüksək məbləğə satın alınıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.