AZ

Naməlum Renuar tablosu 1,8 milyon avroya satıldı

Fransız impressionist rəssam Pyer-Ogüst Renuarın indiyədək sərgilənməmiş və satışa çıxarılmamış əsərlərindən biri Parisdə keçirilən hərracda 1,8 milyon avroya alınıb.

"Cebheinfo.az" xəbər verir ki, “Uşaq və oyuncaqları – Qabriella və rəssamın oğlu Jan” adlı tablo Renuarın dostu və tələbəsi Janna Bodoya məxsus olub və onun varisləri tərəfindən satışa təqdim edilib.

Təxminən 1890-1895-ci illərdə çəkilmiş əsərdə rəssamın ikinci oğlu Jan və onun xaç anası Qabriella təsvir olunur.

Sənət tarixçiləri tablonun bərpasız şəkildə mükəmməl qorunduğunu bildiriblər. Əsər 1-1,5 milyon avro dəyərində qiymətləndirilsə də, beynəlxalq kolleksioner tərəfindən daha yüksək məbləğə satın alınıb.

"Cebheinfo.az" 

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr