Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının Lənkəran rayonunun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
BelÉ™ ki, "VAZ-2107" markalı nÉ™qliyyat vasitÉ™si "VAZ 21012" markalı nÉ™qliyyat vasitÉ™si ilÉ™ toqquÅŸub.Â
Hadisə nəticəsində Kərgəlan kənd sakini, 1997-ci il təvəllüdlü Cəbi Xəzail oğlu Quluzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır./unikal