BAKI, 27 noyabr. TELEQRAF
Noyabrın 1-ə Azərbaycanda bankların kredit portfeli 0,4% və ya 127,6 mln. manat artaraq 29,403.9 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Kredit portfelinin strukturunda biznes kreditləri 53.1% (15,623.4 mln. manat), istehlak kreditləri 31.4% (9,232.4 mln. manat), ipoteka kreditləri isə 15.5% (4,548.1 mln.manat) yer tutub.