EN

Azərbaycana gələnlərlə bağlı vəziyyət dəyişdi SİYAHI

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda dəyişikliklər var”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu ilin ilk 10 ayında Avropa İttifaqından (Aİ) gələnlərin sayı 7,9 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz, MDB dövlətlərindən gələnlərin sayı isə 8,2 faiz azalıb:

“Bütövlükdə, həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 2 milyon 171 min nəfər olub. Gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır”.

Deputat qeyd edib ki, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də maraq artır:

“Turizmin enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.

Günel Cəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
16
globalinfo.az

10Sources