ain.az, Fanat portalına istinadən məlumat verir.
2-ci Liqanın 10-cu turunda "Kür-Araz"ın qonağı olan "XankÉ™ndi" rÉ™qibinÉ™ böyük hesabla qalib gÉ™ldi. QarabaÄŸ tÉ™msilçisi rÉ™qibini Saatlıda 7:2 hesabı ilÉ™ yenÉ™rÉ™k liderliyini qorudu.Â
"Xankəndi"nin türkiyəli baş məşqçisi İbrahim Uzunca ilə əlaqə saxlayıb matç barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyunçularımı təbrik edirəm. Fərqli qələbə qazandıq. Hesab daha böyük ola bilərdi. Oyunçularımdan narazı deyiləm, belə qazonda əllərindən gələni etdilər. Amma bilirsiz, rəqib səndən zəif olanda, futbolçularda arxayınlıq yaranır. "Necə olsa, qol vurarıq", "Necə olsa, qələbə qazanarıq" fikri ilə alışqanlıq yaranır. O zaman geriyə qayıtmaq, daha çox güc sərf etməklə bağlı sıxıntılar olur. Bu, yaxşı hal deyil. Amma rəqib uyğun olanda, güclü, səviyyəli komandalarla qarşılaşanda, motivasiya fərqli olur. Bu gün 7 qol vurduq, amma həm də 2 top buraxdıq. Rəqibi təbrik etmək lazımdır, sona qədər döyüşdülər, asan təslim olmadılar.
İrəli baxırıq. Sabahdan növbəti oyunumuzu düşünəcəyik. "Şirvan"la qarşılaşmadan da maksimum nəticə ilə ayrılıb çempionluq yolunda daha bir maneəni arxada qoyacağımıza inanıram".
MiraÄŸa
AbunÉ™ Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.