EN

Ağ Evin qarşısında silahlı hücum YENİLƏNİB

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, ABŞ-nin heüquq-mühafizə orqanlarındakı mənbələrə istinad edən “CNN” telekanalı belə məlumat yayıb. Hadisədən bir qədər sonra ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Daxili Təhlükəsizlik nazirliyi “şübhəlinin 2021-ci ildə Əfqanıstandan ABŞ-yə daxil olduğuna əmindir” . Ağ Ev rəhbəri xüsusi bəyanatında Milli Qvardiyanın əsgərlərinə hücumu “terror aktı” adlandırıb. “Bu iyrənc hücum pislik, nifrət və terror aktı idi. Bu, bütün ölkəmizə qarşı cinayət idi”, - Donald Tramp qısa video-müraciətində deyib. Hadisə zamanı Floridada olan Amerika lideri silahlı hücumdan dərhal sonra “Truth Social” social şəbəkəsində etdiyi paylaşımında atəş açan şəxsi “heyvan” adlandıraraq, təcavüzkarın öz əməlinə görə “çox yüksək qiymət ödəyəcəyini” söyləyib. Donald Tramp həmçinin Co Baydenin əvvəlki administrasiyasını tənqid edərək, ABŞ-nin hakimiyyət orqanlarının həmin dövrdə Əfqanıstandan gəlmiş hər kəsi yoxlamalı olduğunu vurğulayıb. - Ölkəmizdə olmasına hətta yol verilməməli insanların qanuna və asayişə bu cür hücumlarına dözməyəcəyik”, - ABŞ prezidenti bildirib. “CNN” telekanalının saytında yerləşdirilən məlumata görə, Federal Təhlükəsizlik Bürosu (FTB) təcavüzkarın şəxsiyyətinin ilkin məlumatları ilə 2021-ci ilin avqustunda Əfqanıstandan ABŞ-yə mühacirət edən və Vaşinqton ştatında yaşayan bir adamın şəxsiyyəti arasında uyğunluq tapıb.

Ağ Evin yaxınlığında Milli Qvardiya üzvlərinə silahlı hücum | VİDEO

Telekanalın adı açıqlanmayan mənbələrdən birinin iddiasına görə, hakimiyyət orqanları həbsdə olan şübhəlinin barmaq izlərini yoxlayaraq onun adını aydınalşdırıblar. “Həmin şəxs 2024-cü ildə həmin ABŞ-də sığınacaq üçün müraciət edib və ona 2025-ci ilin əvvəlində sığınacaq verilib. Hüquq-mühafizə orqanları hücum edənin 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanval olduğunu müəyyənləşdiriblər”, - telekanal bildirir. Milli Qvardiyanın hər iki əsgəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Medianın məlumatına föeə, onardan biri başından güllə yarası alıb. Atışma zamanı silahlı hücum edən şəxs də yaralanıb. FTB-nin direktoru Keş Patel hücumun digər qurumlarla, o cümlədən Daxili Təhlükəsizlik nazirliyi və Məxfi Xidmətlə birlikdə araşdırıldığını açıqlayıb. ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) Əfqanıstan vətəndaşları ilə bağlı bütün immiqrasiya sorğularının işlənməsi qeyri-müəyyən müddətə dayandırıldığını bildirib. Sahil İsgəndərov

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
1
azvision.az

2Sources