EN

Ən çox əmanət qoyluşu Abşeron-Xızı zonasının payına düşür

2025-ci ilin on bir ayında Bakı istisna olmaqla, ən çox əmanət Abşeron–Xızı iqtisadi rayonunda cəmləşib — bu bölgə ümumi əmanətlərin 30%-ni təşkil edib. Bu barədə Mərkəzi Bankın aylıq blüttenində qeyd olunub.

Gəncə–Daşkəsən iqtisadi rayonu 13%, Qarabağ iqtisadi rayonu isə 8% payla ilk üçlükdə yer alıb.

Digər iri paya malik bölgələr sırasında Şəki–Zaqatala (7%), Lənkəran–Astara (7%), Şirvan–Salyan (7%)Quba–Xaçmaz (5%) iqtisadi rayonları yer alır.

Qazax–TovuzDağlıq Şirvan iqtisadi rayonlarının hər biri ümumi əmanətlərin 4%-ni, Mərkəzi Aran isə 3%-ni təşkil edib.
Statistikaya əsasən, regionlarda yığım göstəriciləri arasında fərqlər qalmaqdadır və Abşeron–Xızı iqtisadi rayonu əmanət portfeli üzrə açıq şəkildə lider olaraq qalır.

Gülnar Nazimqızı

Chosen
16
1
anews.az

2Sources