2025-ci ilin on bir ayında Bakı istisna olmaqla, ən çox əmanət Abşeron–Xızı iqtisadi rayonunda cəmləşib — bu bölgə ümumi əmanətlərin 30%-ni təşkil edib. Bu barədə Mərkəzi Bankın aylıq blüttenində qeyd olunub.
Gəncə–Daşkəsən iqtisadi rayonu 13%, Qarabağ iqtisadi rayonu isə 8% payla ilk üçlükdə yer alıb.
Digər iri paya malik bölgələr sırasında Şəki–Zaqatala (7%), Lənkəran–Astara (7%), Şirvan–Salyan (7%) və Quba–Xaçmaz (5%) iqtisadi rayonları yer alır.
Qazax–Tovuz və Dağlıq Şirvan iqtisadi rayonlarının hər biri ümumi əmanətlərin 4%-ni, Mərkəzi Aran isə 3%-ni təşkil edib.
Statistikaya əsasən, regionlarda yığım göstəriciləri arasında fərqlər qalmaqdadır və Abşeron–Xızı iqtisadi rayonu əmanət portfeli üzrə açıq şəkildə lider olaraq qalır.
Gülnar Nazimqızı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta