EN

Qonşuda hava kəskin dəyişir -

Türkiyəni soyuq qış gözləyir. Tezliklə havanın temperaturu aşağı düşəcək, yağış və qar yağacaq. Metbuat.az xəbər verir ki, bu barədə Hidrometeorologiya Baş İdarəsi məlumat yayıb. Qurumdan bildirilib ki, noyabrın 30-dan başlayaraq ölkədə hava kəskin dəyişəcək. Ayın sonuncu günü Türkiyənin 80 vilayətinə güclü yağış yağacaq. Qarlı hava şəraiti isə dekabrın 20-dən başlayacaq. Ən çox qar Sivas, Gümüşhane, Ərzincan, Bingöl, Ərzurum, Muş, Bitlis, Hakkari, Van, Ağrı, Qars, Ardahan və Bayburt vilayətlərinə yağacaq.

Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Chosen
21
14
metbuat.az

10Sources