EN

Amaliya Pənahovaya həsr olunan "Xurşidbanu Natəvan" tamaşası nümayiş olunub

Noyabrın 26-da Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunan "Xurşidbanu Natəvan" tamaşası nümayiş olunub.

Publika.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl görkəmli sənətkarın həyat və sənət yoluna nəzər salınıb.

Mədəniyyət naziri Adil Kərimli Amaliya Pənahovanın zəngin yaradıcılıq irsindən, Azərbaycan mədəniyyətinə, teatr və kino sənətinə bəxş etdiyi böyük töhfələrdən söz açıb.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Bakı Bələdiyyə Teatrının baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov böyük sənətkar haqqında xatirələrini bölüşüblər.

Daha sonra tamaşa nümayiş olunub. Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Xanım Həsənovadır.

Chosen
48
3
publika.az

10Sources