Misli Premyer Liqasında XIII tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, günün ikinci oyununda "Turan Tovuz" "Neftçi"ni qəbul edəcək.
Samir Abasovla yollarını ayıran "ağ-qaralar"ı bu görüşə baş məşqçi qismində Sənan Qurbanov çıxaracaq.
"Turan Tovuz" 23 xalla ikinci sıradadır. Onlar qələbə qazanaraq lider "Qarabağ"a çatmaq istəyir.
Son iki oyunda məğlub olan "Neftçi" isə ilk dördlüyə düşmək üçün 3 xal qazanmalıdır.
Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Misli Premyer Liqası, XIII tur
28 noyabr (cümə)
18:30 “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu