Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu yeni biznes layihəsinə başlayır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Libertad Digital" yayıb.
Mənbənin məlumatına görə, söhbət xüsusi görüşlər və biznes dünyasında işbirliklərinin təşkili, şəxsi ofislər, podkast studiyaları və sair üçün nəzərdə tutulan özəl klubdan gedir.
Madriddə açılacaq və 1000 kvadratmetrlik sahəsi olacaq klub mobil telefonlara və çəkilişlərə bağlı olacaq. Axşam, burada eksklüziv şam yeməyi və xüsusi barlar təqdim olunacaq. Klubun ən prestijli üzvlüyü yalnız dəvətlə əldə ediləcək və ucuz başa gəlməyəcək – 15.000 avro.
Mirağa