EN

Ağdamın Xıdırlı kəndinə növbəti köç olub - FOTO

Noyabrın 28-də Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.

Bu mərhələdə Xıdırlı kəndinə 48 nəfər - 13 ailə köçürülüb.

Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Ağdamın Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

APA



Chosen
188
14
herbiand.az

10Sources