EN

Rekord sayda şagird bilik yarışına qatılıb

Bu il ilk dəfə olaraq rekord sayda - 350 minə yaxın şagird bilik yarışına qatılıb.

Modern.az xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov qeyd edib ki, 2017-ci ildən etibarən Azərbaycan məktəblərində rəqəmsal bacarıqlar layihəsi icra olunur: “İlk dəfədir ki, bu miqyasda iştirakçılıq təmin olunub və bu gün artıq bu yarış nəticəsində qalib olan və yüksələn şagirdlərimiz bu məkanda öz bacarıqlarını sınayırlar”, - o bildirib.

Direktor qeyd edib ki, yekunda 30 nəfər şagird qalib olacaq və mükafatlandırılacaqlar.

Chosen
26
8
modern.az

10Sources