EN

“İcra başçısı mənə bu haqda məlumat verməyib” Deputat

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Balakən rayonunun yeni loqosunun hazırlanması nəzərdə tutulur. Bununla bağlı Balakən Rayon İcra Hakimiyyətinin rəsmi saytında məlumat yer alıb. Qeyd olunub ki, bununla əlaqədar olaraq rayonun tarixini, mədəniyyətini, adət-ənənəsini, memarlığını, multikultural dəyərlərini və digər özünəməxsus xüsusiyyətlərini özündə əks etdirən layihələrin hazırlanaraq rayon icra hakimiyyətinə təqdim edilməsi üçün sakinlərə, yaradıcı insanlara müraciət olunub. Rayonun hər bir sakini bu mühüm və vacib layihədə yaxından iştirak edə, öz uğurlu təklifi və layihəsi ilə müraciət edə bilər.Balakən rayonundan Milli Məclisə deputat seçilən Nəsib Məhəməliyev AZXEBER.COM-a deyib ki, bununla bağlı heç bir məlumatı yoxdur:"Mən dünən Balakəndə olmuşam və icra başçısı ilə görüşümüz zamanı mənə heç bir məlumat verilməyib. Xəbəri ilk dəfə sizdən eşidirəm”.Deputat yeni loqo ilə bağlı təklif irəli sürə biləcəyini bildirib:"Balakənin tarixini, milli-mənəvi xüsusiyyətlərini, insanların əmək vərdişlərini və mental dəyərlərini yaxşı tanıyan bir insan kimi, siravi bir baləkənli olaraq fikirlərimi bildirə bilərəm. Rayonun spesifik xüsusiyyətlərini, adət-ənənələrini və tarixi abidələrini nəzərə alan təkliflər irəli sürülməlidir. Lakin bu məsələ ilə bağlı mənə heç bir müraciət olunmayıb”.Parlamentari qeyd edib ki, hər bir loqo həmin rayonun tarixi və mədəni xüsusiyyətlərini əks etdirməlidir:"Hər bir loqo həmin rayonun tarixi və mədəni xüsusiyyətlərini əks etdirməlidir. Çünki loqo rayonun simvolik mənada bir pasportudur”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
155
demokrat.az

1Sources