EN

Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapıldı

BEYLƏQAN, 28 noyabr. TELEQRAF

Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Bolsulu kəndində baş verib.

Kənd sakini 1958-ci il təvəllüdlü Mustafayeva Nazilə Hüseyin qızı yaşadığı evdə ölü vəziyyətdə aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, N.Mustafayeva yaşadığı evdə boğularaq öldürülüb.

Faktla bağlı araşdırma başlanıb.

Chosen
105
3
teleqraf.com

4Sources