BEYLƏQAN, 28 noyabr. TELEQRAF
Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Bolsulu kəndində baş verib.
Kənd sakini 1958-ci il təvəllüdlü Mustafayeva Nazilə Hüseyin qızı yaşadığı evdə ölü vəziyyətdə aşkar edilib.
Araşdırmalar zamanı məlum olub ki, N.Mustafayeva yaşadığı evdə boğularaq öldürülüb.
Faktla bağlı araşdırma başlanıb.