Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapılıb.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Bolsulu kəndində baş verib.
Kənd sakini 1958-ci il təvəllüdlü Nazilə Hüseyin qızı Mustafayeva yaşadığı evdə ölü vəziyyətdə aşkar edilib.
Araşdırmalar zamanı məlum olub ki, N.Mustafayeva yaşadığı evdə boğularaq öldürülüb.
Faktla bağlı araşdırma başlanıb.