Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ-nin Los-Anceles şəhərində gənc bloqer və müğənni Maria de la Rosa silahlı hücum nəticəsində həyatını itirib.
“Qafqazinfo” “Los Angeles Times”a istinadən xəbər verir ki, Nortric qəsəbəsində baş verib.
Bildirilib ki, yerli saatla 01:25 radələrində iki naməlum şəxsin qadının olduğu avtomobilə yaxınlaşdığı görülüb. Aldığı güllə yaraları səbəbindən xəstəxanaya çatdırılan gənc bloqerin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı hələlik heç bir şübhəli saxlanılmayıb. Hücumun motivi məlum deyil.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.