ABŞ-nin Los-Anceles şəhərində gənc bloqer və müğənni Maria de la Rosa silahlı hücum nəticəsində həyatını itirib.
Milli.Az xəbər verir ki, De La Rosa 22 noyabr 2025-ci il, gecə saat 01:30 radələrində Los Ancelesin Nortric məhəlləsində digər iki nəfərlə avtomobilində oturduğu yerdə güllələnib. Şübhəlilər park halında olan avtomobilə yaxınlaşaraq pul tələb edib və atəş açıblar.
Prokurorluq Fransisko Otilio Qaytan (27), Benni LikonQomez (27) və Eduardo Lopez (21) adlı şəxslərin hər birinə qəsdən adam öldürmə və iki nəfərə qarşı ikinci dərəcəli quldurluğa cəhd maddələri ilə ağır ittihamlar irəli sürüldüyünü bildirib.
Prokurorluğun məlumatına görə, Lopez hazırda qaçaqdır və axtarış davam edir. Qaytan həmin gün saxlanılıb, LiconQomez isə bazar günü tutulub.
Əgər bütün ittihamlar sübut olunarsa, təqsirləndirilən şəxslər şərtsiz ömürlük həbs cəzası ilə üzləşəcəklər.
De La Rosa aldığı çoxsaylı güllə yaralarından xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirib. Digər iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilib.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)