EN

Baş katib: Türk dövlətlərinin parlamentlərarası əməkdaşlığına dair yeni konsepsiya hazırlanıb

ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 27-də Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çamın rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKPA Baş katibi səfir Ramil Həsənlə görüşüb.

TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, R.Həsən Assambleyanın türk dövlətlərinin ortaq maraqlarının parlamentlərarası əməkdaşlıq vasitəsilə uyğunlaşdırılmasına yönəlmiş yeni konsepsiyanın hazırladığını qeyd edib. Vurğulayıb ki, bu təşəbbüs parlament diplomatiyasını gücləndirərək, üzv dövlətlər arasında daha strukturlaşdırılmış və davamlı tərəfdaşlığa təkan verəcək.

R.Həsəni Baş katib vəzifəsinə ikinci dəfə seçilməsi münasibətilə təbrik edən Serdar Çam onun geniş təcrübəsinin və institusional biliyinin Assambleyanın fəaliyyətini daha da gücləndirəcəyinə əminliyini bildirib. O, siyasi proseslərin qanunvericilik prosesinə uyğunlaşdırılmasının təmin edilməsində TÜRKPA-nın xüsusi rolunu və koordinasiya olunmuş “yumşaq güc” alətlərinin vacibliyini qeyd edib. Nazir müavini, həmçinin Bakıda keçirilən 1-ci Türkoloji Qurultayın 100 illiyinin Türk dünyası üçün əlamətdar hadisə kimi qeyd olunmasının əhəmiyyətini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
3
yeniazerbaycan.com

4Sources