EN

Betonqarışdıran maşınla avtoxuliqanlıq edən sürücü qəzaya düşüb yaralandı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Betonqarışdıran maşınla avtoxuliqanlıq edən sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, Keniyada baş verən hadisənin görüntüləri kameraya düşüb. Betonqarışdıran maşının sürücüsü hərəkətin intensiv olduğu vaxtda sürət həddini aşaraq sağ-sol manevrləri edib. Ötmə əməliyyatı zamanı yükün ağırlığına tab gətirə bilməyən maşın aşıb.

Qəza nəticəsində sürücü xəsarətlər alıb. Maşında olan beton isə yola dağılıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Sürücü polis əməkdaşlarının nəzarəti altında xəstəxanaya aparılıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
81
avtosfer.az

1Sources