EN

Yermakın istefasına Rusiyadan reaksiya

Kiyevdə baş verən hadisələr dərin böhrana işarə edir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Kiyevdə baş verən hadisələr korrupsiya qalmaqalları ilə bağlı dərin siyasi böhrana işarə edir. Düşünmürəm ki, bunun nəticədə nəyə gətirib çıxaracağı sualına hazırda kimsə cavab verə bilər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, nəticələr çox fərqli ola bilər.

Qeyd edək ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa verib.

Chosen
39
7
unikal.az

10Sources