AZ

Araqçı Səddam Hüseynlə bağlı çağırış etdi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Almaniya Səddam Hüseyn rejiminin kimyəvi silah proqramında mümkün iştirakına dair aparılan araşdırmaların nəticələrini açıqlamalıdır.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı Haaqada keçirilən Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının konfransından sonra çıxış edərkən deyib.

O bildirib ki, həqiqət üzə çıxarılmalı, kimyəvi silahların hazırlanmasında iştirak edənlər məsuliyyət daşımalıdır.

Nazir xatırladıb ki, İran Səddam rejiminin səkkizillik müharibə dövründə həyata keçirdiyi kimyəvi hücumlardan ciddi zərər görüb və on minlərlə insan bu gün də həmin hücumların fəsadlarını yaşayır.

Araqçı əlavə edib ki, bu məsələdə yalnız Almaniya deyil, həmçinin Böyük Britaniya və ABŞ da daxil olmaqla, sözügedən silahların tədarükündə iştirak etmiş digər ölkələr də araşdırılmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
50
globalinfo.az

10Mənbələr