Qol.az saytına istinadən ain.az xəbər verir.
Bundesliqada qolsuz bərabərlik
Almaniya Bundesliqasında 12-ci tur start götürüb.
QOL.az xəbər verir ki, turun açılış matçında Münhenqladbax “Borussiya”sı öz meydanında “Leyptsiq”i qəbul edib.
Görüş qolsuz bərabərliklə başa çatıb - 0:0.
Bu heç-heçədən sonra xallarının sayını 26-ya çatdıran “Leyptsiq” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Borussiya” isə 13 xalla 11-cidir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.