EN

Alimenti ödəməyən ana məhkəməyə verildi

Ağsuda atalarının himayəsində olan 4 övladına aliment ödəyə bilməyən ana məhkəməyə verilib.

Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, boşanma qərarına əsasən, Səbinə (şərti) dörd uşağına ümumilikdə aylıq 440 manat aliment ödəməlidir.

Lakin qadın uzun müddət bu öhdəliyi yerinə yetirməyib. Ərinin icra məmuruna şikayətindən sonra onun 6 390 manat aliment borcunun yarandığı müəyyən edilib.

Səbinə məhkəmədə deyib ki, alimenti qəsdən yox, imkansızlıqdan ödəyə bilmir. O, atalarının himayəsində olan dörd uşaqdan əlavə daha bir övladının olduğunu bildirib. Qadın deyib ki, həmin övladı ağır xəstəlikdən əziyyət çəkdiyindən qazancının böyük hissəsini onun müalicəsinə sərf edir.

Chosen
98
17
publika.az

10Sources