EN

Əhməd Şara: Bütün Suriya Hələblə yenidən doğuldu

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Suriya Prezidenti Əhməd Şara, Hələbin Əsəd rejimi qüvvələrindən azad edilməsinin ildönümünü qeyd etmək üçün Hələb qalasında keçirilən mərasimdə iştirak edib.

Bizimyol.info xəbər verir ki, Şara çıxışında Hələbin azad edilməsini Suriya tarixində "kritik bir dönüş nöqtəsi" adlandıraraq: "Hələbin azad edilməsinin ilk saatlarını xatırlayıram. O anlarda çox şey itirdik; xalqımız böyük qurbanlar verdi. Bu günə qədər qan sel kimi axdı", - deyib.

Şara, Hələbin azad edilməsinin ölkəyə böyük ümid gətirdiyini bildirərək: "Qəhrəmanlarımızın Hələbə girib xalqını köhnə rejimin zülmündən azad etdiyini anbaan izlədiyimiz anlar bu gün də qəlbimizdə təzədir", - qeyd edib.

Şəhərin strateji əhəmiyyətini vurğulayan Şara: "Bu anlarda bütün Suriya üçün yeni bir tarix yazılırdı. Hələb qalası onun ən güclü simvoludur. Bu qaladan mücahidlərimizin Dəməşqin mərkəzinə doğru irəliləməsinin şahidi olduq. Hələblə yanaşı, bütün Suriya yenidən doğuldu. Hələb bütün Suriyaya açılan qapımız idi. Hələbin zənciri qırıldıqda, həbsxanalar azad edildi və Suriya uşaqları yenidən gülümsədi", - deyə Şara Dəməşqin Hələb divarlarından azad edilməsinin şahidi olduqlarını xatırladıb.

Prezident Şara Hələbin azad edilməsinin Suriyaya və bölgəyə yeni ümid gətirdiyini bildirərək: "Bu gün biz yalnız Hələbin azad edilməsini qeyd etmirik, həm də Suriya üçün yeni bir tarixin başlanğıcını elan edirik. Hələbin yenidən qurulması ölkənin yenidən qurulmasında əvəzolunmaz və fundamental bir addımdır. Şəhər iqtisadiyyat, tikinti və inkişaf üçün parlaq bir mərkəzdir. Biz yalnız Hələbin azad edilməsi ilə kifayətlənməyəcəyik. Yol məhz o andan başladı. Suriyanı yenidən qurmaq üçün bütün gücümüzlə çalışacağıq", - deyə bildirib.

Rejim əleyhinə silahlı qruplaşma olan Hayat Təhrir əş-Şam və Suriya Milli Ordusu 27 noyabr 2024-cü ildə başlayan "Düşmənin qarşısını almaq əməliyyatı" çərçivəsində Hələbi Əsəd rejimi qüvvələrindən 29 noyabr 2024-cü ildə azad edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
bizimyol.info

1Sources