EN

BMT beş ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıq edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Rusiyadakı ofisinin direktoru Oleq Kobyakov bildirib ki, hazırda 5 ölkə aclıq təhlükəsi ilə üzləşib.

NOCOMMENT.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir.

Kobyakovun sözlərinə görə, bu problem Qəzza zolağı, Sudan, Cənubi Sudan, Mali və Haitidə müşahidə olunur. Ümumilikdə bu il dünya əhalisinin 9,1 faizi aclıqla üzləşib. Onun sözlərinə görə, bu, təxminən 735 milyon insana bərabərdir.

Kobyakov xəbərdar etdi ki, bu insanlar hətta əsas fizioloji ehtiyaclarını ödəmək üçün qidadan məhrumdurlar. Konkret olaraq Qəzza zolağında iki milyona yaxın insan hazırda aclıq təhlükəsi altındadır, deyə o, yekunlaşdırıb.

Oleq Kobyakov bundan əvvəl Rusiyada mümkün mal qıtlığına da münasibət bildirmişdi. O hesab edir ki, ölkə sakinlərinin belə problemlə üzləşmə riski yoxdur.

Chosen
62
11
nocomment.az

10Sources