Ötən gecə Libertadores Kubokunun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici matçda "Palmeyras" digər Braziliya nəhəngi "Flamenqo" ilə üz-üzə gəlib
Lima şəhərindəki “Estadio Monumental” arenasında baş tutan final matçı “Flamenqo”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə 67-c dəqiqədə vurulan yeganə qolun müəllifi müdafiəçi Danilo olub.
“Qarabağ”dan ayrılaraq “Flamenqo”ya keçən Juninyo da matçın iştirakçısı olub. O, 85-ci dəqiqədə Bruno Pintonu əvəzləyib.
Qeyd edək ki, "Flamenqo" tarixində dördüncü dəfə Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin qalibi olub. Braziliya təmsilçisi daha əvvəl 1981, 2019 və 2022-ci illərdə də Libertadores Kubokunu muzeyinə aparıb.