Siyəzən, 30 noyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonu ərazisində KİA markalı minik avtomobilinin aşması nəticəsində yaralananların adları müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisində baş verən qəzada xəsarət alanların hər ikisi Şabran rayon sakinləridir. Hadisə zamanı sürücü Ağayev Seymur Zahid oğlu və sərnişin Qasımov Aqil Qabil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, müalicələri tibb müəssisəsində davam etdirilir.
14:22
Siyəzən rayonu ərazisində minik avtomobilinin aşması nəticəsində iki nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.