AZ

Siyəzəndə minik avtomobili aşıb, yaralananlar var - FOTO

Siyəzən rayonu ərazisində minik avtomobilinin aşması nəticəsində iki nəfər yaralanıb.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Siyəzəndə

Seçilən
102
10
avtosfer.az

10Mənbələr