EN

ABŞ rəsmiləri Ukrayna nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB

ABŞ rəsmilərinin ABŞ-da səfərdə olan Ukrayna nümayəndə heyəti ilə görüşü başa çatıb.

APA xəbər verir ki, görüşdən sonra ABŞ dövlət katibi Marko Rubio və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov mətbuat konfransı keçiriblər.

Hər iki tərəf görüşün ümumilikdə müsbət keçdiyini desə də görüşlə bağlı əlavə heç bir açıqlama verilməyib.

***

20:07

ABŞ Dövlət Katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Ukrayna nümayəndələri ilə görüşü keçirilir.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

"Söhbət təkcə müharibənin başa çatmasından deyil, həm də müharibədən müstəqil və suveren bir ölkə kimi çıxmaqdan gedir. Elə bir ölkə ki, artıq yeni müharibə təhlükəsi ilə üzləşməsin və sakinləri firavan yaşasın. Ukraynanın böyük iqtisadi potensialı var. Lakin onu müharibə şəraitində reallaşdırmaq mümkün deyil", - Rubio deyib.

Qeyd edək ki, Ukrayna nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edir.

"Mən Ukrayna Prezidenti ilə daim əlaqə saxlayıram. Aydın göstərişlər və prioritetlər var. Bunlar Ukrayna maraqlarının qorunması, əsaslı dialoq və Cenevrədə əldə edilən nailiyyətlərə əsaslanaraq irəliləməkdir", - o “Telegram” kanalında yazıb.

Umerov həmçinin vurğulayıb ki, Ukrayna nümayəndə heyəti əsl sülh və təhlükəsizliyə zəmanət əldə etmək üçün çalışır.

Chosen
123
5
apa.az

10Sources