EN

44 penalti zərbəsi yerinə yetirilib

Fransa Kubokunda bir matçda qalibi müəyyənləşdirmək üçün 44 penalti zərbəsi yerinə yetirilib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu, turnirin 1/64 finalında "Stenvord" və "Betun" komandaları arasında keçirilən görüşdə reallaşıb. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün ehtiyac duyulan penaltilər seriyasında isə komandalar ümumilikdə 44 zərbə vurublar. Zərbələrin cəmi 3-ü hədəfə düşməyib.

Nəticədə "Betun" komandası penaltilər seriyasında daha dəqiq olub - 21:20.

Chosen
19
1
ikisahil.az

2Sources