EN

Penitensiar xidmətinin Mühafizə alayında andiçmə mərasimi keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Penitensiar xidmətin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra ədliyyə naziri Fərid Əhmədovun təbrik və tövsiyələri gənc əsgərlərə çatdırılıb.

Böyük Zəfərin 5-ci ildönümünə təsadüf edən andiçmə mərasimində Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.

Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

LkH3uGJINmnQFiUKXABW

1gWLLcJoQjyeLTJEhXYw

sL7Jdg0TL9l3Ud4HX6LE

Chosen
37
8
poliqon.az

10Sources