AZ

Penitensiar xidmətin mühafizə alayı and içdi

Yazını böyüt
Yazını kiçilt

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi and içdikdən sonra ədliyyə naziri Fərid Əhmədovun təbrik və tövsiyələri gənc əsgərlərə çatdırılıb.

Böyük Zəfərin 5-ci ildönümünə təsadüf edən andiçmə mərasimində Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Ali Baş Komandan İlham Əliyevin əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.

Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.

Seçilən
0
8
hafta.az

9Mənbələr